BNA İKT xidmətlərinə görə 800 min manatdan çox pul ödəyəcək- Axı, təxminən eyni işə görə bir şirkətlə 2,1 milyon manatlıq müqavilə bağlayıb

9-08-2020, 11:10           
BNA İKT xidmətlərinə görə 800 min manatdan çox pul ödəyəcək- Axı, təxminən eyni işə görə bir  şirkətlə 2,1 milyon manatlıq müqavilə bağlayıb
Bakı Nəqliyyat Agentliyi (BNA) avqustun 4-də “ARIS” MMC-ni 12 ay ərzində informasiya-kommunikasiya xidməti üzrə texniki dəstək vermək üçün keçirdiyi tenderin qalibi elan edib. Dövlət Elektron Satınalmaların Vahid Reyestrinə əsasən, BNA-nın daha iki strukturunun tərəfdaşı olan şirkət bu iş üçün 828.3 min manat (587.2 min ABŞ dolları) alacaq.

BNA İKT xidmətlərinin harada tələb olunduğu barədə məlumat vermir. Avqustun 5-də agentlik “Smartech System” MMC ilə İctimai Nəqliyyat İntellektual İdarəetmə Sisteminə 12 aylıq texniki dəstək üçün 2 milyon 166.4 min AZN (1 milyon 274 min dollar) məbləğində müqavilə imzalayıb. Bu ilin yanvar ayının sonunda BNA yanında dövlət sərnişindaşıma şirkəti olan "BakuBus" MMC “ARIS” MMC ilə avtobuslarda fərdi kompüter, server, şəbəkə, telefon infrastrukturu və ödəniş sistemlərinin yenidən qurulması və aylıq servis xidmətlərinin alınması üzrə müqavilə imzalayıb. Bu müqavilənin dəyəri 220,2 min manat (129.5 min dollar) təşkil edib.
2019-cu ilin avqust ayında BNA və “ARIS” MMC foto və video qeydləri üçün xüsusi aşkarlama cihazlarının alınması və onların quraşdırılması üçün (1 milyon 201.8 min manat və ya 707 min ABŞ dolları), həmçinin onların işlərini təmin etmək üçün serverlərin və informasiya-texnologiya avadanlıqlarının alınması üçün iki müqavilə imzalayıb (1 milyon 595.4 min manat və ya 938.4 min dollar). 2018-ci ildə BNA nəzdində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC bu şirkətdən cəmi 25 min manata (14.7 min dollar) turniket və proqram təminatı alıb.
“ARIS” MMC 2017-ci ildə təsis edilib. Direktoru Ruslan Haqverdiyevdir. O, “Total Group of Companies” MMC-nin də rəhbəridir.
Teref.az yazır ki, araşdırmaçı jurnalist Hafiz Babalı sual verir:
BNA hansı İKT xidmətlərinə görə 800 min manatdan çox pul ödəyəcək? Axı, təxminən eyni işə görə bir şabqa şirkətlə 2,1 milyon manatlıq müqavilə bağlanıb.

https://www.turan.az/…/8/sub…/economics%20news/az/126398.htm












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.