Qəbələdə etiraz aksiyası – Əhali icra hakimiyyətinin qarşısına toplandı (VİDEO)

4-09-2020, 12:14           
Qəbələdə etiraz aksiyası –
Qəbələ rayonu Zarağan kəndinin sakinləri Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirir.

Yernicag.az xəbər verir ki, Qəbələnin rayon mərkəzinə ən yaxın yaşayış məntəqəsi olan Zarağan sakinləri kəndin qazlaşdırılmasını tələb edirlər.

Məlumata görə, aksiyaya onlarla insan qatılıb.

Yenicag.az-ın aksiya ilə bağlı sorğusuna cavab verən Qəbələ Rayon İcra Hakimiyyətinin adını çəkməyən əməkdaşı ərazidə hər hansı aksiya keçirildiyini inkar edib:

“Heç bir aksiya keçirilmir. Ola bilər, əraziyə bir neçə nəfər toplaşıb. Onların da kimliyini, nə istədiklərini araşdıracağıq”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.