Abşeronda daha bir məmur saxlanıldı- Amma ASC sədri məsüliyyətdən yayınır…

4-09-2020, 17:02           
Abşeronda daha bir məmur saxlanıldı- Amma ASC sədri məsüliyyətdən yayınır…
İqtisadiyyat Nazirliyi yanında Əmak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu və vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dosye.org xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumatda qeyd edilib. Belə ki, Əmək Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərmə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğdə pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Xatırladaq ki, bir neçə gün öncə həmən ərazilərdə və Xırdalan şəhərində baş verən özbaşınalıqlar barəsində dosye.org-da məlumatlar dərc edilmişdir. Hazırda saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu ASC sədri Ceyhun Nəcəfovla birgə iş birliyinin video görüntülərini əldə etmişik. Nəzərinizə çatdıraq ki, ASC sədri Ceyhun Nəcəfov vəzifə səlahiyyətlərindən sui istifadə edərək torpaqların satılmasında bir başa başçılıq etmişdir.

Bu barədə Baş Prokurorluğa əlavə məlumatlar verilib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.