Qəbələ İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?

16-09-2020, 16:44           
Qəbələ İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev üçün YOLUN SONU: -
Ölkədə həyata keçirilən kadr islahatları çərçivəsində daha bir rayon icra başçısının öz postunu itirəcəyi bildirilir.

Yenicag.az-a daxil olan məlumata əsasən, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, prezident İlham Əliyevin Qəbələyə son səfəri zamanı koronavirusa yoluxan xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın tikildiyi ərazinin düzgün seçilməməsindən narazı qalmış və yarıtmaz fəaliyyətinə görə rayon icra başçısını danlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.