“Soruşacaqlar, niyə şortikdə deyil, kostyumda gəlmisiniz” - Foto

23-09-2020, 00:03           
“Soruşacaqlar, niyə şortikdə deyil, kostyumda gəlmisiniz” - Foto
Rəis müavini sabiq deputatı qəbula dəvət etdi...

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin rəis müavini Afəddin Leysanov Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirlini idarəyə dəvət edib.

Bu barədə N.Bəydəmirli məlumat verib.

Sabiq deputat bildirib ki, dəvət onun müraciəti əsasında olub: “Məsələni həll etmək və əsassız alınmış 25 manatı online geri qaytarmaq əvəzinə, təklif edirlər ki, idarələrinə gedim... Bu tıxacda, bu stressdə 25 manatı almağa gedim ya getməyim? Gedəcəm, buraxılış məntəqəsində soruşacaqlar, kimin yanına, nə üçün, niyə şortikdə deyil, (yəqin, məsələni tutdunuz) kostyum-qalstukda gəlmisiniz.. yenidən ərizə yazmalı olacam, bəlkə də izahat da alacaqlar, araşdıracaqlar, mühasibatlıq "dobro" verəcək, sonra da təklif edəcəklər ki, növbəyə dur və kassadan nağd al”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.