İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...

23-09-2020, 18:53           
 İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.

Həmçinin İcra Hakimiyyəti sentyabrın əvvəlində də eyni tender predmeti - yolların əsaslı təmiri üzrə "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətini tenderin qalibi elan edib, şirkətə 542 min 353,23 manat ödəniş edib.
2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə "Elnur-2" şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.

Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub. //Mediapost//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.