Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir

20-10-2020, 08:47           
Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir
Bakıda fəaliyyət göstərən “Cafe Anderson” kafesi bu şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini əsas gətirərək sözügedən brendin adından istifadə etməkdən imtina etdiyini bildirib.

Bununla bağlı “İnstagram” hesabından paylaşım edilib.

Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar və onların franşizasından imtina etsinlər.

O da vurğulanıb ki, tezliklə kafenin adı dəyişdiriləcək.

Qeyd edək ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.