Apple külli miqdarda haqsız gəlir əldə edib - İDDİA

22-10-2020, 09:32           
Apple külli miqdarda haqsız gəlir əldə edib - İDDİA
ABŞ-da Google şirkətilə bağlı antiinhisar təhqiqatlar geniş vüsət alır.


TED.az Bloomberg-ə istinadən xəbər verir ki, hazırda araşdırılan qalmaqala görə, Apple şirkəti istehsal etdiyi smartfon, planşet və s. cihazlarda müəyyən ödəniş müqabilində Google axtarış sistemini öndə yerləşdirməyə razılıq verib.


Belə ki, aprılan istintaq zamanı 2018-ci ildə tərəflərin əldə etdikləri razılaşmadan sonra Apple cihazlarında Safari brauzeri işə salınan kimi Google axtarış sistemi açılırdı. Halbuki cihaz sahibi daha sonra başqa axtarış sisteminə keçə bilirdi. Apple şirkəti isə başqa axtarış sistemlərinin istifadəsini, istehsal etdiyi cihazlardan onların saytlarının açıqlmasını əngəlləmədiklərini iddia edib.


Lakin ABŞ hökuməti tərəfindən aparılan araşdırma nəticəsində 2019-cu ildə Google axtarış sistemi vasitəsilə gedən trafikinin yarısına yaxınının məhz Apple cihazlarından keçdiyi üzə çıxıb.


Ekspertlərin qənaətincə, Apple-ın bu “yaxşılığ”a görə Google-dan aldığı “pay”ın məbləği ildə 8-12 milyard ABŞ dolları qədər ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.