Qəbələdə məmurun vətəndaşa şok cavabı: “Uşaq əkəndə mənimlə məsləhətləşmisiniz ki?..”

26-01-2016, 00:42           
Qəbələdə məmurun vətəndaşa şok cavabı: “Uşaq əkəndə mənimlə məsləhətləşmisiniz ki?..”
Cumhuriyyət.az olaraq son günlər Qəbələ rayonunda baş verənləri dərc edərək ictimailəşdirsək də əhaliyə divan tutulması prosesi nəinki səngimək bilir, əksinə bu kompaniya daha da dərinləşməkdə davam edir. Qeyd etmişdik ki, hərbi şəhərcikdə yerləşmiş ailələr evlərindən zorla çıxarılır. Hazırda rayonda iş başında olan məmurların burada bir neçə mənzili zəbt etdiyi bildirilir. Rayon icra hakimiyyətinin başçısı, onun müavinləri, hüquq-muhafizə orqanlarının rəhbərlərinin də şəhərcikdə evlər zəbt etdiyi qeyd edilənlər sırasındadır.
Hərbi şəhərcikdə yerləşən mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə , 25 yanvar tarixində rayon prokuroru Məqsəd Orucovun rəhbərliyi ilə polis əməkdaşları şəhərcikdə yaşayan daha yeddi ailəni mənzillərindən çölə atıblar. Mənbəmiz qeyd edir ki, çölə atılan ailələrdən birində evin sahibəsi olan cavan qadın Məqsəd müəllimə müraciət edib ki, “mənim iki azyaşlı övladım var, siz məni qışın oğlan çağında bayıra atırsınız, bəs mənim övladlarım bu soyuqda necə olacaq?”.rr Prokurorun isə maraqlı cavabı olub: “Uşaq əkəndə mənimlə məsləhətləşmisiniz ki, indi də sual verirsiniz?”. Çox kobud və absurd cavab deyilmi? Əgər belə deyilibsə, cumhuriyyət.az olaraq Qəbələ əhalisinə məsləhət bilirik ki, övlad əkməmişdən əvvəl, yəni bünövrəsini qoymamışdan əvvəl “yuxarılarla” mütləq məsləhətləşin. Əvvəlcədən bütün detalları müzakirə edin ki, gələcəkdə belə cavab almayasınız.
Redaksiyadan: Mövzu diqqətimizdə olduğu üçün araşdırmalarımızı davam etdiririk. Yazıda adları çəkilən şəxslərin fikirlərini də dinləyib dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.