Bu dəqiqəyə qədər - Səxavət Məmməd cəbhədən yazır...

27-10-2020, 20:09           
Bu dəqiqəyə qədər - Səxavət Məmməd cəbhədən yazır...
Erməni tərəfi ilk atəşkəsdə olduğu kimi yenə durmadı, dayanmadı. Bərdədə yaşayış məntəqəsini vurdu. Tələfat var. Bundan əlavə gün ərzində cəbhə boyu yaşayış məntəqələrimiz qarşı tərəfin artilleriyası və raketlərinin hədəfinə çevrilib.
Azərbaycan ordusu şimal cəbhəsində artilleriya zərbələri ilə erməni tərəfinin hərbi məntəqələrinə zərbələr endirib. Qırmızıbazar, Ağdərə, Şahbulaq istiqamətlərindəki qarşı tərəfin atəş nöqtələri vurulub. Qarakənd susdurulub.
Cənub cəbhəsi isə uğurla öz işini davam etdirir. Nəticələr ürəkaçandır.
Artıq cənub istiqamətində erməni tərəfi yalnız öz ərazilərindən müdaxilə edə bilirlər. Təminat yolları yoxdur. Elə, ya da belə bitmək üzrələr.
Hərdən soruşurlar, əhalinin əhvalı necədir? Bir misal çəkim. Bir neçə gün öncə iki TV kanalının müxbiri söhbət edirdi. Biri digərinə deyirdi ki, camaata necə danışmağı demək, təlimatlandırmağa gərək qalmır. Mikrafonu kimə uzadırsan, qan edir.
Bəli, vəziyyət gərgindir, qarşı tərəf üçün hərbi yox, hər yer hədəf olduğuna görə, həyati təhlükə çox yüksəkdir, ancaq bütün bunların bitməyinə də #BirŞeyQalmayıb
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.