Devalvasiya tikinti sektorunu diziüstə qoyub... - “İlk İnşaat” çökdü, yeni işsizlər ordusu yaranır

26-01-2016, 12:06           
Devalvasiya tikinti sektorunu diziüstə qoyub... - “İlk İnşaat” çökdü, yeni işsizlər ordusu yaranır
Azərbaycanda fəaliyyət göstərən "İlk İnşaat" tikinti firmasında işləyən minə yaxın işçiyə bu gün xəbərdarlıq olunub.

Bununla bağlı Moderator.az - a adlarının çəkilməsini istəməyən və xəbərdarlıq alan işçilərdən bir neçəsi bildirib.

Tikintidə işləyən şəxslərin sözlərinə görə, firmadan onlara bildirilib ki, bu ilin 15 fevralında firma işini dayandıracaq. İşçilərə başqa yerdə iş tapmaq tövsiyə olunub.

Qeyd edək ki, Bu firma hazırda Dəniz Vağzalının yaxınlığında yerləşən 4 hündürmərtəbəli binanın tikintisini həyata keçirirdi. Tikintidə Azərbaycanlılarla yanaşı, Türkiyə, Özbəkistan, Hindistan, Pakistan vətəndaşları da çalışırdı. İlk inşaat təkcə Dəniz Vağzalı yaxınlığında deyil, Bakının bir sıra yerlərində də tikinti işləri həyata keçirir.

Bildirildiyinə görə, "İlk İnşaat" türk vətəndaşına məxsus olan podratçı şirkətdir və ölkədə fövqəlgücə malik irikalibrli məmurlardan birinin sifarişçisi olsalar da 4 aydır onlara çatası pulu ala bilmədiklərindən acınacaqlı duruma düşərək içilərinə bununla bağlı xəbərdarlıq ediblər...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.