Müqavilələr ləğv edilsin, hamısı Qarabağa... – Ekspert

31-10-2020, 07:45           
Müqavilələr ləğv edilsin, hamısı Qarabağa... – Ekspert
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ilin mart ayında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün binaların tikintisi, Binəqədi rayonu, Xocasən qəsəbəsində 810 ailə üçün və Abşeron rayonunda 1008 ailə üçün yeni yaşayış məhəlləsinin layihələndirilməsi işləri tenderlərinin qalibləri ilə 102 milyon manat dəyərində müqavilə bağlayıb. Bu, mart ayı idi, hələ əks-hücum əməliyyatı yox idi, işlər hələ başlamayıbsa, müqavilələr ləğv edilməli, 102 milyon manat Qarabağda xərclənməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, 2020-ci ilə qədər dövlət qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla manat vəsait xərcləyib:

“Bu gün Ordumuz torpaqlarımızı işğaldan azad edir. Bundan sonra quruculuq, tikinti işləri işğaldan azad edilmiş rayon-şəhər və kəndlərimizdə olacaq.

Ona görə də bu il məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün Bakı və Abşeron rayonu ərazisində tikintisi nəzərdə tutulan bütün layihələr ləğv edilməli, həmin vəsait işğaldan azad edilən rayonlarda xərclənməlidir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2,76 ha ərazidə tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub və 7 mln. manat tikintiyə pul ayırıb. Bu, məntiqli və rasional qərar deyil”.

Sonda ekspert buna uyğun bütün müqavilələrin ləğvini təklif edib:

“Biz Qələbədən sonra hər qəpiyin qədrini bilməli olacağıq, çünki on milyardlarla dollar vəsaitə ehtiyacımız yaranacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.