Sabirabad şefinin kafel biznesi - FOTO

11-05-2016, 08:09           
Sabirabad şefinin kafel biznesi - FOTO
Sabirabadın icra başçısı öz sexinin kafellərini parka düzür. Nazim İsmayılov rayonda eyni parkı təkrar üzlüklərlə yeniləyir.

Daxil olan məlumatda bildirilir ki, Sabirabadda insanların istirahət yeri olan və "Sonanın çayçısı” adlanan park dəfələrlə keyfiyyətsiz üzlüklərlə üzlənib. Nəticədə rayon büdcəsi talan edilib. İndi də icra başçısı Nazim İsmayılov özünə məxsus sexdə hazırlanan kafelləri həmin parka düzür.

Səfalət içində yaşayan əhali isə bundan çox narazıdır. Redaksiyamıza göndərilən şəkillərdən də görünür ki, artıq hazırlıqlar başlanıb. Park növbəti dəfə büdcədən pul silmək naminə üzlükləri dəyişdirilir.

İcra başçısı öz kafel sexinin materiallarını döşətməklə ikiqat qazanır.(24saat.org)















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.