Samir Şərifov daha bir sahəni ələ keçirtmək üzrədir -Əks cəbhədə güclü müqavimət

11-05-2016, 09:17           
Samir Şərifov daha bir sahəni ələ keçirtmək üzrədir -Əks cəbhədə güclü müqavimət
Samir Şərifova qarşı geniş cəbhə açılıb

Maliyyə naziri Samir Şərifov hakimiyyət daxilində iri qruplaşmaların hədəfinə gəlib. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, məsələnin kökündə Samir Şərifovun maliyyə böhranından yararlanaraq iqtisadi gücünü artırmaq istiqamətində atdığı addımlardır.

Məlumat üçün deyək ki, Samir Şərifov son dövrlərdə Beynəlxalq Bankı, “BakuBus” MMC-ni, parkomatları öz nəzarətinə götürüb. Indisə lombardların nəzarətə götürülməsi prosesi gedir. Samir Şərifovun nəzarətində olan Maliyyə Bazarlarına Nəzarət Palatası lombardaları nəzarətə götürəcək. Hazırda Palata bununla bağlı müşahidələr və bazar təhlilini aparır. Palatadan bildirilib ki, lombardların arasında yaxşı fəaliyyət göstərən, peşəkar olanlar da var: “Hətta onların bir neçəsi lombard biznesini qurmadan öncə Rusiyadan mütəxəssislər dəvət edib, Rusiyanın təcrübəsindən istifadə edənlər var”.


Azərbaycanda fəaliyyət göstərən lombardlar iri məmurların nəzarətindədir. Bu sahədə milyonlarla manat pul dövr edir. Lombardlar məmurların nə yaxşı gəlir yerlərindən biri hesab edilir. Samir Şərifovun bu gəlir yerini onların əlindən almaq istəməsi ciddi narazılıq yaradıb və maliyyə nazirinə qarşı hücuma start verilib. Bildirilir ki, nəzarətlərində lombardlar olan məmurlar gəlir mənbələrindən imtina etmək istəmirlər. Bu baxımdan Samir Şərifova qarşı geniş cəbhə yaranıb. Bu mübarizədə tərəflərdən hansının qalib çıxacağını zaman göstərəcək.azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.