Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

6-10-2022, 12:21           
Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO
Duru yağların qiymətində kəskin bahalaşma var.

Teref.az xəbər verir ki, satıcı "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı.

Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.