Bu şəxslərə Azərbaycandan çıxmaq qadağan olundu - SİYAHI

8-04-2015, 15:36           
Bu şəxslərə Azərbaycandan çıxmaq qadağan olundu - SİYAHI
Vergilər Nazirliyi dövlət büdcəsinə olan ver­gi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə bildiriblər ki, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Mə­cəl­ləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən, müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: http://vergiler.az/art-view/3732/













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.