“Faizə girib ibadətə getmək şəriətə ziddir” – İLAHİYYATÇI

2-06-2016, 16:56           

Həcc ziyarəti təşkil edən Qafqaz Müsəlmanları idarəsi ilk dəfə olaraq həccin pulunu hissələrlə, kreditlə verilə biləcəyini bildirib.
Dünyanın heç bir yerində analoqu olmayan bu xidmət ilk dəfədir ki, Azərbaycanda tətbiq olunacaq.
İlahiyyatçı alim Əkrəm Həsənov Moderator.az – a açıqlamasında kreditlə həcci absurd adlandırdı:

“Həcc ziyarətinə gedən şəxs borclarını tam ödəyərək getməlidir. Yenidən həm faizə girib əlavə özünə borc yaratmaq, problem çıxarmaq, özünü və ailəsini risk altına salmaq dinimizə ziddir. Bu absurd bir ideyadır. Əksinə, həcc ibadəti zamanı bütün borclar bağlandıqdan sonra həccə getmək lazımdır. Çünki həcc ibadəti ağır ibadətdir. İnsan uzaq səfərə çıxır. Keçən il həcc ibadətində çoxlu xoşagəlməz hadisələr baş verdi. Bu il də heç kim həyatına görə sığortalanmayıb. Bu il də müəyyən hadisələr baş verə bilər. Ona görə harama, faizə girib ibadətə getmək şəriətə ziddir və dinimizdə əsli yoxdur. Dünyəvi cəhətdən də absurd görünür.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.