Həbslər davam edir - Beynəlxalq Bank filiallarının müdürlərinə həbs təhlükəsi

19-05-2015, 12:57           
Həbslər davam edir - Beynəlxalq Bank filiallarının müdürlərinə həbs təhlükəsi
Moderator.az saytına Azərbaycan Beynəlxalq Bankının Səbail rayon filialının rəhbəri Ehtiram Əliyevin həbs ediləcəyi ilə bağlı məlumat daxil olub. Məlumata görə, E.Əliyev bir neçə gündür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq müxtəlif epizodlar üzrə ifadə verir, bəzi rəqəmlərlə bağlı dəqiqləşdirmələrin aparılmasında iştirak edir.
Məlum informasiyanı dəqiqləşdirmək üçün Beynəlxalq Bankın Səbail rayon filialı ilə əlaqə saxladıq. (498-56-34).
Zəngimizə cavablandıran bank əməkdaşı E.Əliyevin həbs edilmədiyini, filialın fəaliyyətində də heç bir problemin olmadığını vurğuladı. Rəhbərliklə danışmaq cəhdlərimiz isə nəticə vermədi.
Araşdırma nəticəsində o da məlum oldu ki, Beynəlxalq Bankın internet səhifəsində bəlli bir müddətdir ki, heç bir yenilənmə aparılmayıb. Belə ki, bankın rəsmi internet səhifəsində Ehtiram Əliyev Sahil filialının rəhbəri kimi göstərilsə də, əslində o, Səbail filialının rəhbəri vəzifəsində çalışır. Səbail filialının müdiri kimi isə internet səhifəsində Məmmədov Əhməd Məmməd oğlu göstərilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.