Bakıda binaları yeni materialla üzləməyə başladılar

20-05-2015, 16:32           

Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmasına başlanılıb.

"Report"un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyiblər.

Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb.

İş icraçısı Ramin Cəfərov sayta bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: "Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.