Buraxılış vərəqəsinin verilməsinə başlanıldı

20-05-2015, 21:59           
Buraxılış vərəqəsinin verilməsinə başlanıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakıda buraxılış imtahanı keçirəcək.
Yenilik.Az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri (IX və XI siniflər) “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır.
Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.