"Azəriqaz" işçilərin geyim və saç düzümlərinə də müdaxilə edir - Guya hansı "Azəriqaz" əməkdaşı işə şortiklə gəlirdi ki...

9-04-2015, 15:00           
"Azəriqaz" işçilərin geyim və saç düzümlərinə də müdaxilə edir - Guya hansı "Azəriqaz" əməkdaşı işə şortiklə gəlirdi ki...
"Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotoları sosial şəbəkələrdə yayılıb.

Dia.az milli.az-a istinadən xəbər verir ki, qaydalar "Tövsiyə olunan geyim və saç düzümü formaları" ilə "Tövsiyə olunmayanlar"a bölünür. Fotoların Nəsimi Rayon Qaz İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia olunur.

"Azəriqaz" əməkdaşlarından biri saytla söhbətində "dress-kod" qaydalarının mövcudluğunu təsdiqlədi. "Bu, yeni məsələ deyil ki?! Ötən ilin yayında İstehsalat Birliyində əməkdaşlar üçün tövsiyyə olunan işgüzar geyim qaydaları barədə təlimat verilib. İndi "Qaynar xətt" əməkdaşlarına xüsusi uniformalar hazırlanır. Bu gün əməkdaşların bədən ölçüləri götürüləcək. İşgüzar geyim qaydaları bütün böyük şirkətlərdə və qurumlarda var. Qərbdə buna "dress-kod" deyirlər, biz də tətbiq edirik", - "Azəriqaz" əməkdaşı söylədi.

Xatırladaq ki, MDB məkanındakı qazpaylama və hasilat şirkətləri arasında ilk olaraq Rusiyanın "Qazprom" konserni əməkdaşları üçün "İşgüzar geyim qaydaları"nı tətbiq edib.

[img]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.