"Park Sinema" müştəriləri belə aldadır - FOTOLAR

10-04-2015, 16:27           
"Park Sinema" müştəriləri belə aldadır - FOTOLAR
"Park Sinema"da yeni yaradılmış SMS bonus sisteminin əslində işləmədiyi və müştərilərin aldadıldığı aşkarlanıb.

Belə ki, Qaynar.info-ya müraciət edən Fuad Hacıyev adlı vətəndaş aprelin 9-da "Park Sinema"da nümayiş edilən "Yarımdünya" filminə tamaşa etmək üçün online qaydada kinoteatra bilet alıb və reklam olunduğu kimi bonusdan istifadə etmək üçün sms gözləyib. Lakin sms vətəndaşa gəlib çıxmayıb. Filmi izləməyə gedərkən "Park Sinema" kassasına yaxınlaşıb online sifariş etdiyini və bu səbəbdən bonus endiriminin olduğunu bildirəndə isə kassa işçiləri müvafiq sms-i təqdim etməyi tələb ediblər: "Kinoteatrın kassasından bildiriblər ki, sizə kod gəlməyibsə, bonus hüququndan yararlana bilməzsiz".

Belə olduqda F.Hacıyev bileti real qiymətə almaq məcburiyyətində qalıb. Səhəri gün isə onun telefonuna çoxdan gəlməli olan sms gəlib. Vətəndaş sual ünvanlayır: "Artıq bu sms mənim nəyimə lazımdır?"

Hüquqlarının kinoteatr tərəfindən tapdalandığını deyən zəzərçəkən belə vəziyyətin bir neçə dəfə təkrarlandığını bildirib və əlavə edib ki, "sms və mail gec göndərməkləri bir yana, hələ üstəlik adamın üzünə dururular." Vətəndaş Sms -in onun telefonuna gecikərək gəldiyini əsas götürərək zərərə görə kinoteatrı ittiham edir və qanuni hüquqlarından istifadə edib "Park Sinema" barədə ölçü götürülməsini iddiası ilə mәhkәmәyә müraciәt edәcәk
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.