“Bakcell” “Azercell”-i ifşa etdi

20-06-2015, 00:13           
“Bakcell” “Azercell”-i ifşa etdi
“Azərbaycanda mobil nömrə daşınması sistemindən gözləntilər özünü doğrultmayıb”. Bunu “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: “Biz rəqəmin istifadəçi fəallığı baxımından daha yüksək olaraq gözləyirdik. Gözləyirdik ki, daha böyük sayda aktiv istifadəçi nömrəsini “Bakcell”ə daşıyacaq. Azərbaycanda mobil nömrələrin daşınması xidməti fəaliyyətə başlayandan 2014-cü ilin sonuna qədər digər mobil operatorlardan “Bakcell”ə keçən istifadəçilərin sayı 65% artıb. İndiki qaydalar imkan verir ki, bir abunəçi bir mobil şəbəkədən digər şəbəkəyə keçsin. “Azercell” şirkəti öz nömrələrini digər mobil operatorun şəbəkəsinə daşınmasını bloklayırdı. Yəni, mobil operatorun müştərilərinin çoxu digər operatorun şəbəkəsinə keçmək istəyirdi, amma o şirkət buna imkan vermirdi. Amma artıq qüvvəyə minən yeni qaydalar abunəçilərə daha rahat şəkildə nömrələrini digər mobil operatorun şəbəkəsinə keçirməyə imkanlar verəcək”, – deyə R. Şirer deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.