Partiya sədrini dələduzluqda ittiham edirlər

21-08-2015, 12:11           
Partiya sədrini dələduzluqda ittiham edirlər
İş adamı kimi tanınan Zərdab rayon sakini Novruz Mustafayev Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlsahib Hüseynovu məhkəməyə verir.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. N.Mustafayevin sözlərinə görə, partiya sədri ondan dələduzluq yolu ilə 10 min ABS dolları alıb və bu günə qədər geri qaytarmayıb:

“Əlsahib Hüseynov 2011-ci ildə məndən 10 min ABS dolları alıb. O, özünü mənə Prezident Aparatının Xüsusi Şöbənin rəisi kimi tədqim etdi. Məndən sənədləri aldı və dedi ki, biz məsələni həll edərik. Mənə dedilər ki, nazirliklərin birində yüksək vəzifəyə təyin olunmaq üçün əvvəlcədən 10 min ABŞ dolları ver. İş düzələndən sonra isə 50 min ABS dolları verəcəksən. Mən də verdim. Amma iş düzəlmədi, o da sənədləri qaytarıb özümə verdi. Pulumu istəyən gündən isə telefonu bağlandı”.

N.Mustafayev deyir ki, o gündən partiya sədrini axtarıb:

“Bu yaxınlarda eşitdim ki, məni aldadıb 10 min ABŞ dollarını alan partiya sədri imiş. Bundan sonra Əlsahib Hüseynova görüşüb dedim ki, pulu verməsən sizi məhkəməyə verəcəm”.

Məsələ ilə bağlı Demokratik Azərbaycan Dünyası Partiyasının sədr müavini Telman müəllim (soyadını deməkdən imtina etdi) AzNews-az-a açıqlamasında bildirib ki, Əlsahib Hüseynov hazırda Azərbaycanda yoxdur:

“Mən Əlisahib müəllimlə əlaqə saxlaya bilsəm gün ərzində sizə məlumat verəcəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.