Səlim Müslümov 34 saylı TSEK-in rəisini işdən qovdu

21-08-2015, 15:50           
Səlim Müslümov 34 saylı TSEK-in rəisini işdən qovdu
Bu dəqiqələrdə İmişli rayonundan GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir mühim kadr dəyişikliyi barədə əmr imzalayıb. Daxil olan məlumata görə, nazirin əmri ilə 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ərkinaz Məmmədova tutduğu vəzifəsindən azad edilib.

Məlumata görə, nazirin belə bir qəfil qərar verməsinə səbəb onun işdə yolverdiyi ciddi nöqsanlar və 34 saylı TSEK-dən edilən şikayətlərin çoxalması olub. Hələlik 34 saylı TSEK rəisi postuna təyinat edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.