Cahangir Hacıyevin ətrafında halqa daralır - Bacanağı qandallandı

24-08-2015, 21:21           
Cahangir Hacıyevin ətrafında halqa daralır - Bacanağı qandallandı
Ölkənin əsas bankı olan Beynəlxalq Bankın müflis olması ətrafındakı səs-küylü istintaq araşdırmaları belə görünür ki, tədricən bu işin əsas fiqurantına - bankın sabiq rəhbəri Cahangir Hacıyevə doğru yönəlir.

Belə ki, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə həbs edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel”) istintaq təcridxanasında saxlanılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.