Məmurların ezamiyyət pulu kəskin şəkldə azaldıldı

25-08-2015, 12:39           
Məmurların ezamiyyət pulu kəskin şəkldə azaldıldı
Büdcə təşkilatlarında çalışanların ezamiyyətə getməsi üçün ayrılan vəsait də kəskin şəkildə azaldılıb.

Dia.az xəbər verir ki, bu barədə məlumatı "Reytinq” qəzeti yayıb.

Məlumata görə, hətta bir çox nazirliklərdə ezamiyyətlərə qeyri-rəsmi qadağa qoyulub. Iddia edilir ki, son illər dövlətin bəzi qurumlarında ezamiyyətlər üçün ayrılan vəsaitlər korrupsiya mənbəyinə çevrilibmiş. Xüsusilə daxili ezamiyyələrə ayrılan pullar saxta sənədlərlə mənimsənilib.

Mia.az xəbər verir ki, bir müddət əvvəl Türkiyənin Istanbul şəhərinə toya gedən vəzifəli şəxslərdən biri bu səfəri ezamiyyət kimi rəsmiləşdirərək həmin məclisdə büdcə vəsaiti hesabına iştirak edib. Bu isə böhran vəziyyəti yaşayan ölkənin rəhbərliyinin səbr kasasını daşırıb. Məhz bu kimi səbəblərdən də ezamiyyətlərlə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən sərt qadağa gəlib:

"Administrasiya rəhbəri büdcə təşkilatlarına bu barədə ciddi xəbərdarlıq edərək, ezamiyyətləri məhdudlaşdırmağı tapşırıb. Ramiz Mehdiyevin bu göstərişindən sonra büdcə təşkilatlarında ciddi narahatlıq yaranıb. Büdcə təşkilatlarının rəhbərləri ehtiyat edirlər ki, bu qadağanın ardınca cəzalandırıla bilərlər...".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.