Azərbaycanda təhlükəli banklar - siyahı

25-08-2015, 13:02           

“Hər şeyə rəğmən, bu gün ölkədə ən təhlükəsiz banklar dövlət banklarıdır. Əmanətlərinizi Beynəlxalq Bank və AzərTürkBank-a etibar edin, çünki dövlət götürdüyü əmanətlərinə görə cavabdehdir”.

Axar.az xəbər verir ki, bu sözlərlə bank üzrə ekspert Əkrəm Həsənov çıxış edib. Əmanətləri hansı bankda saxlamağın daha məqsədəuyğun olmasından danışan ekspertin fikrincə, digər banklara etibar etmək təhlükəlidir: “Bu, son aylarda mənə ən çox verilən suallardan biridir. Lakin Mərkəzi Bankdan tutmuş kommersiya banklarınadək bank sisteminin əsas problemi kadr problemidir. Bir qayda olaraq vətəndaşlar bilməlidir ki, müflis banklar əmanətlərini qaytarmaqdan yayınır. Banklar bir-bir çökdükcə yayınma halları artacaq. Vətəndaş onu da bilməlidir ki, əmanətləri kredit kimi başqalarına verilir. Həmin kreditlərin də çoxu indi problemlidir, yəni qaytarılmır. Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytara bilər? Hər şeyə rəğmən, ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – Beynəlxalq Bank və AzərTürkBank. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir”.

Ekspertin fikrincə isə, bu gün ölkədə ən təhlükəli banklar Rusiya banklarıdır: “VTB və Nikoyl bank əmanətləriniz üçün ən təhlükəli bankdır. Çünki Rusiyada vəziyyət daha ağırdır. Üstəlik, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.