Qiymət etiketləri dəyişdirildiyindən dərmanlar olmaya bilər - Səhiyyə Nazirliyi

27-08-2015, 21:24           
Qiymət etiketləri dəyişdirildiyindən dərmanlar olmaya bilər - Səhiyyə Nazirliyi
Bakının bəzi apteklərində dərmanların olmaması onlara qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.

S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər: “Apteklərdə dərmanların qiymət etiketləri hazırda tənzimlənir. Ona görə də indi vətəndaşlar apteklərdən başqa adda eyni tərkibli dərmanlar ala bilərlər. Apteklərdə dərman qıtlığı yaşana bilməz”.

Qeyd edək ki, Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Belə ki, aptekə müraciət edəndə, satıcı onlara lazım olan dərmanın olmamasını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.