“Azərcell”də yarım milyon abunəçu azalıb - Şok saxtakarlıqlar

2-09-2015, 09:33           
“Azərcell”də yarım milyon abunəçu azalıb - Şok saxtakarlıqlar
“Azərcell” mobil operatoru abunəçilərindən kütləvi şikayətlər daxil olmaqdadır. Şirkətin barəsində müxtəlif ittihamlar səslənir, fırıldaq və özbaşınalıqlar haqda məlumatlar verilir.

TİA.AZ-a növbəti belə bir şikayət məktubunda “Azərcell”in dələduz və saxtakarlıqları üzə çıxıb. Məlum olub ki, şirkət abunəçilərini aldatmaqdan çəkinmir. Məktubda deyilir: “Bir ildir ki, Nar abunəçisi idim. Mənə 12 iyul saat 12:44-də (070) 875 34 60 nömrəmə Azərcell-in 65100 xidmətindən zəng gəldi. Bildirdilər ki, nömrəniz kampaniyaya düşüb. Nömrənizi Azərcell-ə daşısanız, 1 il ərzində nə yükləsəniz 2 qatı balansınıza hədiyyə olaraq yüklənəcək və hədiyyədən istənilən xidmət üçüm istifadə edə biləcəksiniz”. Abunəçi sevinib: “Tez Azərcell-in Sumqayıtda icra hakimiyyətinin yaxınlığında yerləşən Müştəri Xidmətlərinə Nömrə Daşınması ilə bağlı müraciət etdim. Mənə pulsuz sim kart verib dedilər ki, nömrəniz 30 iyul saat 14:00-da Azərcell-ə daşınacaq. Səbirsizliklə ayın 30-nu gözləyirdim ki, kontur yükləyim 2 qat bonus versinlər. Nəhayət, ayın 30-u saat 14:00-da Nar nömrəmdə şəbəkə itdi və mən də Narın Sim kartını qırıb tullayıb Azərcell-in sim kartını taxdım”. Şikayətçi TİA.AZ-a bildirib: “Sms gəldi ki, SimSim-ə xoş gəldiniz. Balansınıza 3 AZN hədiyyə olundu. Sonra Azərcell-in 2002 saylı telefon mərkəzinə zəng etmək istədikdə anons səsləndi ki, balansinizda kifayət qədər vesait yoxdur. Halbuki Azərcell mənə hədiyyə olaraq 3 manatlıq kontur yükləyib. Bu bir fırıldaq. Mən də məcbur olub mobil nömrəmdən (012) 490-49-49 nomrəsinə zəng etdim 3 manat hədiyyə balansi ilə. İbrahim adlı operator zəngimə cavab verdi. 1-ci sualım niyə 2002-yə zəng etmək olmur suali idi və operator cavabında mənə hədiyyə balansı ilə 2002-yə zeng edə bilməyəcəyimi bildirdi. Halbuki 2002-yə zəng etmək mümkün olsaydı danışıq müddətinin uzunluğundan asılı olmayaraq balansımdan sadəcə 10 qəpik çıxılacaqdı. Səhər telefonuna isə 1 dəqiqə = 6 qəpiklə zəng gedir ki, burda da yenə udan Azərcell olur.
Operatora 2-ci sualım indi mən nə yükləsəm 2 qat bonus verəcəksiniz sualı oldu. Operator ise cavabinda, xeyr onu sizə kim deyir? - söylədi”. Narazı vətəndaş yazır: “Operatora cavabımda "Siz nə danışırsınız, mənə zəng edib Azərcell-ə daşınmaq təklifi ediblər və bildiblər ki, 1 il ərzində nə yükləsəm 2 qat bonus alacam". Operator isə gülərək cavabinda "o sizin Azərcell-ə keçməniz üçün taktika idi" dedi. Bax belə. Mənə fırıldaq gəlib Azərcell-ə daşındırdılar və yalnız bir dəfə 3 manatlıq kontur yükləndi balansıma. Bu sadəcə Azərcell-in fırıldaqlarından biridir. Hələ ki dünən Azərcell-ə keçmişəm və təkcə dünən gün ərzində mənə 2 fırıldaq gəldilər”.
Şikayətçi saytımıza onu da deyib ki, Azərcell hər zaman digər mobil operatorlarla müqayisədə özünün keyfiyyətli şəbəkəsinin və yüksək xidmət səviyyəsinin olduğunu iddia edir, amma bu heç də belə deyil. Elə bərbad xidmətin nəticəsidir ki, şirkətin 4 milyon 400 min abunəçi sayı 500 min azalaraq 3 milyon 900 min olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.