Zərdabda “göl əməliyyatı”: İxtiyarovlar kimdir və saxta sənədlərlə hansı gölü mənimsəyiblər?

4-09-2015, 22:16           
Zərdabda “göl əməliyyatı”: İxtiyarovlar kimdir və saxta sənədlərlə hansı gölü mənimsəyiblər?
Zərbad rayonu Gödəkqobu kəndində yerləşən və 16 hektar ərazinni əhatə edən göl saxta sənədlərlə vəzifəli şəxslər tərəfindən mənimsənilib.

Bu haqda Savash.org-a Zərdab Rayonu Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu məlumat verib. Onun sözlərinə görə, həmin göl dədə-babadan kənd camaatının istifadəsində olub, sakinlər buradan balıq və quş ovlayaraq ehtiyaclarını qarşılayıblar. Amma İxtiyarovlar - Gödəkqobu kənd icra nümayəndəsi Müzəffər İxtiyarovla, qardaşı oğlu, Gödəkqobu bələdiyəsinin sədri Kapitay İxtiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin gölü mənimsəyiblər.
Kifayət qədər böyük ərazini əhatə edən göldə hazırda balıq bəsləyərək satışını həyata keçirən İxtiyarovların bundan kifayət qədər böyük məbləğdə gəlir götürdüyü iddia edilir: ”İxtiyarovlar quruplaşması zəbt etdikləri həmin göldə balıq saxlatdırıb, sataraq mənfəət əldə edirlər, kənd camaatını isə gölə həsrət qoyublar. Bu göl kənd camaatına məxsusdur, camaat bu gölü göz bəbəyi kimi qoduyub saxlayıb. İndi isə həmin gölün balığına, quş ovuna həsrət qalmışıq.Bu göldə hər il tonlarla balıq olur ki, bundan da kənd camaatı faydalanırdı.İndi bu İxtiyarovlar quruplaşması yaxın qohumları Bayram Novruzovun adına saxta icarə sənədi tərtib edib gölü qanunsuz olaraq zəbt ediblər.Həmin sənədlər yoxlanılarsa, hər şeyin saxta olduğu aşkarlanacaq”.
Sonda bildirilir ki, göldən tutularaq satılan balıqdan əldə edilən gəlir küllü miqdarda olsa da həmin gəlirdən heç bir vergi ödənmir.
Yazıda adı keçən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.