Səlim Müslümov Füzuli Ələkbərovdan qalma daha iki kadrı yola salmağa hazırlaşır - Nazirlik köhnə heyətdən hələ də tam «təmizlənməyib»…

17-04-2015, 12:43           
Səlim Müslümov Füzuli Ələkbərovdan qalma daha iki kadrı yola salmağa hazırlaşır - Nazirlik köhnə heyətdən hələ də tam «təmizlənməyib»…
Əmək və əhalinin sosial müdafiə nazirliyində kadr dəyişiklikləri gözlənilir. Bu barədə DİA.AZ-a verilən məlumatda qeyd olunur ki, əslində gözlənilən dəyişikliklər keçmiş nazir Səlim Müslümovdan qalma digər kadrların da yola salınmasına hesablanıb.

Məlumatı verən mənbənin dia.az-a söylədikləri: «Məlumdur ki, bu gün ƏƏSMN-nin strukturlarında hələ də keçmiş nazir Füzuli Ələkbərovun kadrları var. Məsələn, nazirliyin iki nüfuzlu siması köhnədən qalandır. Sadəcə olaraq S.Müslümov bu günə kimi işlərində peşəkar hesab olunan həmin əməkdaşları ilə yollarını ayıra bilməyib. Yəni onlar işlərindən alınsalar, nazirliyin sənədləşmə işlərində ciddi axsamaların ola biləcəyi səbəbi həmin kadrların yerində qalmalarına nədən olub».

Amma artıq onlara da «əlvida» deyiləcək vaxtın yetişdiyini söyləyən qaynaq bildirir ki, artıq hər iki nüfuzlu məmura nazirin adından müvafiq sözlər deyilib: «Yəni onlara deyilib ki, vəzifələrindən alınacaqlar, özlərinə başqa yerdə iş axtarsınlar».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.