Azərbaycan xalqı borca düşüb ehsan verməyi çox sevir` - Komitə sədri

17-04-2015, 15:05           
Azərbaycan xalqı borca düşüb ehsan verməyi çox sevir` - Komitə sədri
“Yas mərasimlərində ehsan verilməsi prosesi dayanmayıb. Sadəcə Azərbaycan xalqı borca düşüb ehsan verməyi çox sevir”.

AzVision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı media rəhbərləri ilə görüşü zamanı yas mərasimlərində ehsan verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən səsləndirib.

O qeyd edib ki, medianın bu məsələyə yanaşması zəifdir:

“Bizim irəli sürdüyümüz tövsiyələr nəticə verir. Artıq əksər rayonlarda yas mərasimi üçlə bitir. Bir çox yerlərdə yas mərasimlərində yemək verilmir, çay süfrəsi ilə tamamlanır. Dövlət bunu zorla etmir, etmək də iddiasında deyil Bu milli adət- ənənəyə aid məsələdir”.

Onun sözlərinə görə, bu prosesin qarşısını almaq üçün nümunələr çoxalmalıdır: “Çox vaxt
vəzifəli şəxsləri nümunə gətirirlər. Amma bu yaxınlarda Bakıda iki vəzifəli şəsin ailəsində ehsan çay süfrəsi ilə verildi. Biz Azərbayvcan xalqında yeməyin ehsan olması anlayışını aradan qaldırmalıyıq. Burada din amili də rol yanayır. Eyni zamanda tarixi keçmişizlə bağlı məsələ də burada öz əksini tapır. Bu yaxınlarda şeyxlə görüşümüz oldu. Bir qadın Şeyxə yaxınlaşıb bildirdi ki, borca düşüb. Məlum oldu ki, bunun səbəbi ərinə ehsan verməsidir. Şeyx isə dedi ki, sən ehsan verməmisən, şeytana xidmət etmisən. Bu xalq borca düşüb ehsan verir”. Təzəpir məscidində dəbdəbəli ehsan süfrələrinin təşkil edilməsi məsələsinə gəlincə isə

Komitə sədri vurğulayıb ki, bununla bağlı məscidlə danışıb: Onlar deyirlər ki, biz mərasim sahiblərinə deyirk ki, bizdə ehsanlar çay süfrəsi ilə olur. Amma ev sahibi israrla deyir ki, mənim adamlarım gələcək, ona görə də heç olmasa bir yemək olsun. O zaman biz məcbur oluruq ki, buna imkan verilsin. Bir sözlə, ölkədə bu kampaniya dayanmayıb, davam etməkdədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.