2-ci qrup hərbi əlil prezidentə şikayət etdi - 273 nömrəli baxçanın müdürü Aidə Qocayevadan

23-09-2015, 00:25           
2-ci qrup hərbi əlil prezidentə şikayət etdi - 273 nömrəli baxçanın müdürü Aidə Qocayevadan
teref.aznun poçtuna 2-ci qrup hərbi əlildən prezidentin ünvanı şikayət məktubu gəlib. Məktubu sizin nəzərinizə çatdırırıq!
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ..

REGİONAL İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ ŞÖBƏSİNİN MÜDİRİ, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ RƏHBƏRİNİN MÜAVİNİ.
CƏNAB ZEYNAL NAĞDƏLİYEVƏ.

BAKI ŞƏHƏR İÇRA HAKİMİYYƏTİNİN BAŞÇISI.
CƏNAB HACIBALA ABUTALIBOVA.

Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 15, mənzil 48 ünvanında müvəqqəti yaşayan 2-ci qrup hərbi əlil, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu tərəfindən.


Şikayət ərizəsi





Hörmətli Prezident, Cənab Ali Baş Komandan !





Məcbur qalıb 9 sentyabr 2015-ci il tarixdən etibarən edilən müraciətimə müsbət cavab verilmədiyi üçün yenə ümüd yerim Sizsiniz, Sizə bildirmək istəyirəm ki, qeyd etdiyim tarixdən etibarən bir neçə dəfə Hövsan qəsəbəsində 273 nömrəli baxçanın müdürü Aidə Qocayevanın qəbuluna getsəmdə yerində tapa bilməmişəm. Bu barədə bir çox orqanlara müraciət etmişəm, lakin mənə kömək edən və reaksiya verən hələdə yoxdur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Cənab Prezidentimiz İlham Əliyev fasiləsiz özü dediyi kimi xalqa xidmət edir, ancaq adı çəkilən baxça müdürü yerində tapılmır, vətəndaşı qəbul etmir, hətda tabeçiliyində olanları öyrədir ki, mən ora gedəndə səsimi və danışığımı yazıb, məni şantaj etsin. Belə məmur nə biz əllilərə və Hörmətli Prezdentimizə lazım deyil, mən bildirəndə deyir gedib nə edirsiz edin, mənim arxamda duranlar da var, o bilmir ki, onun arxasında kimsə durur, mən hərbi əlilin arxasında xalqımız və Hörmətli Prezdentimiz durur.

Qeyd etmək istəyirəm ki, qardaşım Novruzov Elşən Rafail oğlu və həyat yoldaşı Novruzova Günel Qabil qızı ilə birgə nigahdan iki övladları var. Onların hər ikisi dövlətimizə gərəkli bir peşələrdə işləyirlər. Ancaq bu baxça müdürü bunu başa düşmür və öz əmmələri ilə elə edir ki, bunlar öz peşələri ilə xalqımıza dəyər verə bilməsinlər. Belə ki, biz müraciət edirik ki, bu iki uşağı baxçaya qəbul edin, valideyinlər işləyə bilsinlər, o öz xoşagəlməz əmmələrindən geri qalmayaraq bilə-bilə uşaqları baxçaya qəbul etmir, yerin olmadığını bildirir, ancaq bir yoxlayın görün mənim müraciətimdən sonra neçə nəfər, hansı yollarla və neçə baxçaya qəbul olunublar, bir araşdırsaz hətda görərsiz ki, valideyinləri işləməyən uşaqlar baxçadadır. Ancaq bizi kimi xalqımıza xidmət edən valideyinlərin uşaqları kənarda olmasının səbəbin ciddi araşdırsnız biləcəksiniz.


Hörmətli Prezident, Cənab Ali Baş Komandan !



Sizdən çox xahiş edirəm ki, yuxarıda qeyd etdiyim məsələ ilə bağlı ciddi tədbir görəsiniz, hər iki uşağın 273 nömrəli baxçaya qəbul edəsiniz və məni qəbul edəsiniz.



22.09.2015-ci il. İmza: Rövşən NOVRUZOV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.