Binəqədidə bələdiyyələr DARA ÇƏKİLİR... - İlginc GƏLİŞMƏ

14-09-2018, 12:38           
Binəqədidə bələdiyyələr DARA ÇƏKİLİR... - İlginc GƏLİŞMƏ
Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı işdən ayrılıb. Məlumata görə, onun adı müxtəlif yeyintilərdə keçib.

Binəqədinin keçmiş icra başçısı Xaləddin İsgəndərovun yaxın adamlarından olan S.Cabbarlının işdən çıxmasının səbəbi açıqlanmır. AzEuroNews.com-a verilən məlumatda deyilir ki, növbə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevindir. H.Quliyev də pul silməkdə S.Cabbarlıdan geri qalmayıb. Hətta adam döyməkdə ittiham olunub.

Son xəbərə görə, Biləcəri bələdiyyə sədri Yahya Hüseynov küçəsinin sakinlərindən pul yığır, guya küçələri abadlaşdırır. Halbuki, küçələri icra hakimiyyəti abadlaşdırır, amma H.Quliyev öz adına çıxarır.

Onun yaxınlarından olan Aynur Teymurova və ümumi şöbənin müdiri Səma Əliyeva bələdiyyə sədrinin tapşırığı ilə “at oynadır”lar. İddialara görə, bələdiyyə sədrinin tapşırığı ilə baş mühasib on minlərlə manat silib. Sonradan işin üstü açılıb, Hikmət də onları işdən uzaqlaşdırıb ki, biabır olmasın. Deyilənə görə, bələdiyyə üzlərinin sayı 15 olmalıdır, amma 10 nəfərdir. Amma 5 nəfərin pulunu da sədr cibinə qoyur. 74 nəfərin adı isə ştat cədəlindədir.

H.Quliyein Biləcərinin 4 yerində evi var. Hansı pulla tikilib aydındır. Çünki bələdiyyənin 700 min manatdan çox dövlət büdcəsinə borcu var.

Yeni icra başçısının gəlişi isə onun işlərini davam etdirməyi çətinləşdirib və sakitcə getməyə hazırlaşdığı deyilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.