Sabirabad sakinləri millət vəkilini axtarır - VİDEO

20-04-2015, 17:20           
Sabirabad sakinləri millət vəkilini axtarır - VİDEO
Xəbər veriyimiz kimi BTV aprel ayından etibarən paytaxt və bölgələrdə “Deputat və seçici” adlı layihəyə start verib. Məqsəd deputatlarla seçicilər arasındakı münasibəti işıqlandırmaq və ictimaiyyətə çatdırmaqdır. Bu günə qədər bir çox bölgələrdə sorğu apararaq sakinlərin fikrini öyrənib işıqlandırmağa çalışdıq. bu dəfə isə yolumuz Sabirabad rayonunadır. Aydın məsələdir ki , gözdən uzaq ucqar ərazilərdə problemlər daha çoxdur. Bu səbəblə biz də Sabirabad rayonundakı sorğumuzu mərkəzdən xeyli uzaqda yerləşən kəndlərdə aparmaq qərarına gəldik. Üz tutduğumuz ərazilər üzrə millət vəkili 64 saylı seçki dairəsindən seçilmiş Rüstəm Xəlilovdur. Gəlin görək sakinlər öz seçdiyi nümayəndəni tanıyırmı?

Göründüyü kimi sakinlər Rüstəm Xəlilovu tanımır . Əksəriyyət isə millət vəkilinin adını eşidib üzünü görmədiyini söylədilər . Səbəb isə bəllidir. Əgər Rüstəm Xəlilov müntəzəm olaraq öz seçicilərilə görüşüb , onların problemlərinin həllinə çalışsaydı seçiciləri onu tanıyardı. Biz obyektivliyi qorumaq məqsədilə Rüstəm Xəlilovla əlaqə saxlamağa çalışdıq. Özünü millət vəkilinin nümayəndəsi kimi təqdim edən Rəşad Yəhyayev açıqlama vermək istəmədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.