Kreditlərlə bağlı yaxşı xəbər

20-04-2015, 21:35           
Kreditlərlə bağlı yaxşı xəbər
Azərbaycanda ipoteka kreditləşməsinin həcminin artırılması bu bazarda pul çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biridir.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə əsasən, Maliyyə Nazirliyi belə addımları dəstəkləyir:

"Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək".

S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.