Müğənni: Buna görə nazirə qarşı çıxaram

5-12-2018, 18:50           
Müğənni: Buna görə nazirə qarşı çıxaram
Xahiş edirəm, mənim fəaliyyətimə yalnız mədəniyyət prizmasından yanaşın. Sosial şəbəkədəki paylaşımıma başqa-başqa ölkələrin bayrağının fotosunu atırlar. Mən siyasətçi deyiləm, məni siyasiləşdirməyin!
Kult.az xəbər verir ki, bu sözləri Güney azərbaycanlı müğənni Əli Pormehr Təbrizdə baş tutan konserti zamanı deyib.
“Mən azərbaycanlıyam, türk elini sevirəm, Şəhriyarı sevirəm. Və kimsə dilimi, torpağımı təhqir eləsə, bu, nazir belə olsa, ona qarşı ilk mən çıxacağam. Həmişə demişəm, yenə də deyirəm, mən türkəm, amma yadınızdan çıxmasın ki, mənim ölkəm İrandır. Yaşasın İran! Yaşasın başıuca Azərbaycan, yaşasın türkün qolvuran “Traktor”u!” - Pormehr bildirib.
Qeyd edək ki, Pormehrin bu sözləri güneyli fəalların kəskin etirazı ilə qarşılanıb. Bununla yanaşı, ona dəstək nümayiş etdirənlər də olub. Onlar hesab edir ki, Pormehr türk dilində mahnılar oxuyur və bunu qiymətləndirmək lazımdır.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.