Mətanət əsəbiləşdi- “Dollardan da xəbərim var...”

21-04-2015, 12:56           
Mətanət əsəbiləşdi- “Dollardan da xəbərim var...”
Teleaparıcı Mətanət Əliverdiyeva həmkarları və şou –biznes nümayəndələrindən danışıb. “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı “Gündəlik” verilişində qonaq olan bəstəkar Faiq Sücəddinovla söhbətində sənət adamları və həmkarlarından narazılıq edib:

“Sənətkarlarımızın yanında qeyri-peşəkarlar çoxalıb. Hər yerindən duran özünə sənətkar deyir. Müğənninin bilik bazası olmalıdır. Eləcə də aparıcılar dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdır. Mən şou verilişi aparıram. Amma “Kim kimin paltarını geyindi”, “Kim kimin ərini əlindən aldı” kimi məlumatlar mənə lazım deyil. Dünyada baş verən hadisələr mənim şou verilişi aparmağıma da yardımcı olur. Dolların məzənnəsindən də, iqtisadiyyatda baş verənlərdən də xəbərim var. Özünə müğənni deyən bəzi insanlar deyir ki, Mətanət, sən şou-biznesdəsən. Cavab verirəm ki, mən iki profilli aparıcıyam. Həm xəbəri, həm şou-biznesdə baş verənləri bilirəm. Yaxşı ki, şou-biznesdən uzaq insanam. Sözümü lazımi insanlara deyə bilirəm. Yaxşı ki, suyum, çörəyim onlardan keçmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.