Bred Pitin Şarliz Teronla sevgili olduğu üzə çıxdı

21-01-2019, 12:23           
Bred Pitin Şarliz Teronla sevgili olduğu üzə çıxdı
Ancelina Colidən ayrıldıqdan sonra Bred Pitt uzun müddət tək qaldı.
“Ölkə.Az” xəbər verir ki, bu yaxınlarda Bred Pitt haqqında yeni iddia ortaya atılıb. İddiaya əsasən, Bred aktrisa Şarliz Teronla sevgilidir.

2 il əvvəl Ancelinadan ayrılan və bu xəbərlə gündəmdən düşməyən 55 yaşlı Pitin Hollivudun digər məşhur aktrisası Şarliz Teronla sevgili olduğu iddiaları Qərb mətbuatına sızıb.
İngiltərənin “The Sun” qəzetinin xəbərinə görə, 12 yanvar tarixində Hollivudda bir filmin premyerasından sonra səmimi görüntülər verən Pitt və Teronu iddialara görə, Şarlizin keçmiş sevgilisi Şon Penn tanış edib. Aralarında 12 yaş fərq olan cütlüyün sevgili olması ABŞ mətbuatı tərəfindən müsbət qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.