Azərbaycanlı model, Dubay kefi və Enriki İqlesias...

11-02-2019, 22:34           
Azərbaycanlı model, Dubay kefi və Enriki İqlesias...
Fəridə İbrahimova Dubayda elə rəqs edib ki, izləyiciləri ona heyranlıqlarını gizlədə bilməyiblər

Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova Dubayda Enriki İqlesiasın məşhur "Te Quiero amor mio Bailamos" mahnısının sədaları altında rəqs edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, rəqsin çarxını model özünün Instagram sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib. İbrahimova İqlesiasın yaradıcılığının pərəstişkarıdır. Hətta model müğənninin Kiyevdə verdiyi konsertində elədiyi rəqsə görə onun adından bir dəstə çiçək də hədiyyə alıb.


Model öz rəqsi ilə izləyiciləri heyran edib. İzləyiciləri onu kompliment yağışına qərq ediblər və hətta müğənninin klipinə çəkilməyi məsləhət görüblər.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır. Nəinki Ukraynada, eləcə də Azərbaycanda bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox reklam layihələri ilə məşğuldur. Bu layihələrə xarici həmkarları ilə birlikdə qatılır. İbrahimova ərəb rəqslərinin də mahir ifaçısıdır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru