Təcili yardım xəstəni yolun ortasında qoyub getdi - Bakıda bu da oldu...

25-02-2019, 12:15           
Təcili yardım xəstəni yolun ortasında qoyub getdi - Bakıda bu da oldu...
Bakı şəhəri, Səbail rayon sakini Rahidə Məcnun qızı Rəhimova "Ölkə.Az"-ın redaksiyasına müraciət edib.
Vətəndaş bildirir ki, ötən gün günorta saat 12 radələrində Bülbül 18 ünvanında qəfil səhhəti pisləşib. Yaxınlıqdakı polis əməkdaşı onun telefonundan təcili yardım çağırıb:


"Təcili yardım gələnə qədər yaxınlıqdakılar mənə su verdilər, yerdən qaldırdılar. Sonra polis əməkdaşı mənim telefonumla təcili tibbi yardıma zəng vurdu. Təcili yardım gələn kimi birinci polis əməkdaşına qarşı aqressiv davranmağa başladı. Tibb bacısı polisə deyir ki, məni bura niyə çağırmısan? Halbuki xeyli gec gəlmişdilər. Təzyiqimi ölçüb, deyir ki, bunda heç nə yoxdur. Deyirəm, məni xəstəxanaya aparın. Deyir, sənin pulun yoxdur, apara bilmərik. Məni küçənin ortasında qoyub getdilər. Tutaq ki, mən deyiləm, bir turistin küçədə səhhəti pisləşdi, onda necə olacaq? Həmin turist pul verməsə, küçədə yıxılıb ölməlidir? Bəs sonra dünya bizə nə deyər?".
Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.