“Vəhşi mələk” Putindən pasport istədi - Video

24-03-2019, 08:58           
“Vəhşi mələk” Putindən pasport istədi - Video
Uruqvaylı aktrisa və müğənni Natalya Oreyro Rusiya Prezidenti Vladimir Putindən nümayişkəranə şəkildə bu ölkənin pasportunu istəyib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu bəyanatla “Veçerniy Urqant” şousunda çıxış edib. O qeyd edib ki, indiyədək ən azı 15 dəfə Rusiyada olub. N.Oreyro “Jerar Depardyedən daha çox rus olacağını” deyib.

Qeyd edək ki, N.Oreyro “Unudulmaz” adlı tur çərçivəsində Rusiyada səfərdədir. Tur zamanı onun Rusiyanın 15 böyük şəhərində konserti keçiriləcək.

Uruqvaylı aktrisa və müğənni Rusiyada və keçmiş SSRİ məkanında daha çox 1990-cı illərin sonlarında nümayiş olunan “Vəhşi mələk” serialında baş rolda oynaması səbəbindən məşhurluq qazanıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.