“Elit star” Cəmilənin hamam vannasında VİDEOSU YAYILDI: “Özlərinə kişi axtarırlar” VİDEO

19-04-2019, 17:15           
“Elit star” Cəmilənin hamam vannasında VİDEOSU YAYILDI: “Özlərinə kişi axtarırlar” VİDEO
“İndi aşpazlar, ərindən boşananlar müğənni olur”. Bu sözləri Lent.az-a açıqlamasında “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova həmkarı Rövşən Civişovla birgə ifa etdikləri “İnşallah” klipini təqdim edərkən deyib.

O bildirib ki, indi müğənni olmaq asandır: “Artıq 25 ildən çoxdur ki, sənətdəyəm. İllər ərzində necə parlayıb, sönən ulduzlar gördüm. Əvvəllər müğənnilərə daha çox hörmət edirdilər. Amma indi bəzi müğənnilər öz peşələrini hörmətdən salıblar. Səsi olan, olmayan şou-biznesə gəlir. Zamanında mənim üçün yemək bişirənlər, maşın yuyanlar, indi müğənnilik edirlər. Bəzi qadın müğənnilər də ərlərindən boşanandan sonra, özlərinə kişi axtarırlar, tapırlar, şou aləminə gəlirlər. Bunu kimisə aşağılamaq üçün demirəm. Müğənni olmaq üçün gərək peşəkarlardan dərs alasan. Bəziləri özünü mənimlə müqayisə edir. Bu, gülüncdür. Onlardan fərqli olaraq, mən müxtəlif dilləri bilirəm, özüm də idmançıyam. Bu günə qədər də bədənimə bıçaq dəyməyib”.

Cəmilə Rövşən Civişovla yeni klipindən də söz açıb: “Bu ekran işində müxtəlif obrazları canlandırdıq. Hətta hamam vannasına da girdim. Düşünürəm ki, sənət üçün risk etmək vacibdir. Rövşənlə birgə bu işə imza atdıq. Fərqli bir işin ərsəyə gəldiyini deyə bilərəm.


Qeyd edək ki, “İnşallah” adlı bəstənin sözləri Elçin Məhərrəmova, musiqisi Ruslan Səfəroğluna məxsusdur. Klipipi rejissor Türkay Azəri ekranlaşdırıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.