Azərbaycan Moda Həftəsində ikinci gün: fərdilik və zəriflik

3-05-2019, 07:07           
Azərbaycan Moda Həftəsində ikinci gün: fərdilik və zəriflik
Azerbaijan Fashion Week ildə iki dəfə - may və noyabr aylarında keçirilir
Azerbaijan Fashion Week-in doqquzuncu mövsümünün ikinci günü Azərbaycan, Qazaxıstan və Tacikistandan olan dizaynerlərin gözəl geyimləri ilə yadda qalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, nümayişlər yenə də Daş Salnamə Muzeyində olub.

Əvvəlcə qonaqlara Аzerbaijan Fashion Week-in Showroom-da gəzmək imkanı yaradılıb. Burada Azərbaycan və digər ölkələrin aparıcı dizaynerlərinin müxtəlif əl işləri, geyimləri nümayiş olunub.

İkinci gün doqquz dizaynerin geyimləri nümayiş etdirilib. Bunlar Aynoor, EmbrAtelier, Alan Volovikis, Güler Baysal, Arunaz, Fəxriyyə Xələfova, həmçinin qazaxıstanlı Aleks Çjen, Azamat Sain, Aida Yeskazinadır.

Azerbaijan Fashion Week-də ikinci gün
Mayın 3-də öz kolleksiyalarını Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Tacikistandan olan dizaynerlər nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə - may və noyabr aylarında keçirilir. Onun əsas məqsədi Azərbaycanda böyüməkdə olan moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.




Sputnik Azərbaycan Azerbaijan Fashion Week-in informasiya tərəfdaşıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.