Filipp Kirkorov dünya şöhrətli azərbaycanlıya nifrət etdiyini boynuna alıb

4-05-2019, 09:24           
Filipp Kirkorov dünya şöhrətli azərbaycanlıya nifrət etdiyini boynuna alıb
Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisti Yusif Eyvazovu ad günü münasibətilə qeyri-adi emosional tərzdə təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə Kirkorov təbriki öz "Instagram" səhifəsində paylaşıb.


Yusif Eyvazov
"Ad günün mübarək, əkiz-buğa-qardaş! Ad günün mübarək, böyük səhnənin böyük artisti! Ad günün mübarək, sadəcə əla oğlan və mənim dostum! Ad günün mübarək, əziz Yusif! Xoşbəxt ol, qoy səsin həmişə ucadan gəlsin, qoy həmişə yuxarı si bemol, do və hətta re sənin istedadının bütün rəngləri ilə qaynayıb-qarışsın. Nə qədər ki, biz səninlə eyni geyinirik, fashion-biznes bizim xoşbəxtliyimizdən və bədbəxtliyimizdən çiçəklənəcək və inkişaf edəcək. Lakin belə arıqladığına görə sənə nifrət edirəm. Bu səndə necə alındı?" - Kirkorov yazıb.
Qeyd edək ki, Filipp Kirkorov uzun illər ərzində Anna Netrebko - Yusif Eyvazov cütlüyü ilə dostluq edir.
Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.