Telman Adıgözəlovun oğlu: Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu – VİDEO

7-05-2019, 07:20           
Telman Adıgözəlovun oğlu: Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu – VİDEO
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum Xalq artisti Telman Adıgözəlovun həyatından bəhs edilib

Proqramda Xalq artistinin sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.

“Telman adı kimi özü də gözəl idi. Biz ona adı gözəl, özü gözəl Telman deyirdik. Həmişə insanlara qəribə əhval ruhiyyə bəxş edərdi”, – Xalq artisti Hacı İsmayılov bildirib.

Oğlu Tural Adıgözəlov deyib ki, atası hər kəslə ünsiyyət qura bilirdi:

“Atam çox sadə, səmimi, hər şeyin yerini bilən ciddi biri idi. Onun üçün həyat tamaşası daha vacib idi. Uşaq vaxtı Balakəndə yıxlıb qolunu yaralamışdı. Nənəm onu çimizdirəndə qolundakı yara başlayıb çirk etməyə. Həkimə aparıblar, müalicə ediblər, amma qolu sağalmayıb. Deyiblər qolu çürüyəcək.

Balakənin də torpağı rütubətli olduğu üçün sırf atamın qoluna görə Bakıya köçüblər. Bakıya köçməkləri də bir qismət imiş. Atam gəlib Bakıda aktyor oldu. Övladlarının heç bir xeyir işini, nəvələrini görə bilmədi. O vaxt köhnə maşın nömrəsi uzun müddət 57, 00 olub. Ölüm tarixi ilə təsadüf edir. Amma sırf 57 rəqəmindən qorxduğu barədə özündən heç nə eşitməmişəm”.

Qeyd edək ki, Telman Adıgözəlovun vəfatından doqquz il ötür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.