“Sənədi dəyişə bilər, amma geni yox” - Anar Mədətov

10-05-2019, 18:20           
“Sənədi dəyişə bilər, amma geni yox” - Anar Mədətov
Prodüsser Anar Mədətov oğlu Mahirin şəxsiyyət vəsiqəsində soyadını və onun adını dəyişməsinə münasibət bildirib.
A. Mədətov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənədləri dəyişmək mümkün olsa da, geni dəyişmək olmur:
“Bu barədə onun özü ilə əlaqə saxlayın. Adam əsgərlikdə ola-ola necə soyadını dəyişə bilər? Siz bir bununla maraqlanın. O, "Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir. Bütün sənədləri dəyişmək olar, ancaq qanı, geni dəyişmək olmaz. Nə deyə bilərəm? Mən indi özüm uzaqdayam. Sadəcə təəssüflənirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.