"Bədii Şuralar heç nəyi dəyişməz, cəmiyyətə baxış, təfəkkür dəyişməlidir..."

11-05-2019, 10:35           
"Bədii Şuralar heç nəyi dəyişməz, cəmiyyətə baxış, təfəkkür dəyişməlidir..."
“Hamısı deyir ki, özəl kanaldı, pul qazanmaq istəyirəm. Milli-mənəvi dəyərləri tapdamaqla pul qazanmaq necə olacaq?!”

Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri telekanallarımızda yaranan Bədii Şuralar haqda danışarkən deyib. Z.Fəxri bildirib ki, efirlərimizdə hər şeydən öncə milli-mənəvi dəyərlərimiz qorunmalıdır:

“Nələrinsə yaranmasıyla, nələrinsə dəyişməyiylə deyil, burda gərək təfəkkür dəyişsin. Bir şeyi bilmək lazımdır ki, Çin iqtisadiyyat baxımından dünyada inkişaf etmiş ölkələrin sırasındadır. Amma onlarda belə bir proqram var ki, bütün adət-ənənələri, dəyərləri qorumaq şərtiylə iqdisadiyyatı inkişaf etdirmək lazımdır. Bizdə isə telekanallarımızda Bədii Şuraların fəaliyyətə başlamamasında öncə nəyisə demək mümkün deyil. Bədii Şura heç nəyi dəyişmir, cəmiyyətə baxış dəyişməlidir. Hamısı deyir ki, özəl kanaldı, pul qazanmaq istəyirəm. Milli-mənəvi dəyərləri tapdamaqla pul qazanmaq necə olacaq?! Məsələ bundan gedir. Ciddi sənət nümunələri təqdim olunmalı, yaxşıya-yaxşı, pisə-pis demək lazımdır, maarifçilik aparılmalıdır. Bu gün AzTV yeni-yeni verilişlərə başladı. Özəl kanallarda isə kimisə təkrarlamaqla, yamsılamaqla məşğuldurlar. Onlarda müstəqil hələ ki, heç nə görmürəm. Davamına baxmaq lazımdır ki, Bədii Şuralar yaranandan sonra nə dəyişəcək. Ucuz şeylə gündəm yaratmaq, tamaşaçı yığmaq gəncləri də ucuzluğa cəlb edir və dəyərlər də ayaqlanıb gedir. Sözümün canı odur ki, bu qədər deyilməyinə-yazılmağına, haray çəkilməyinə baxmayaraq Azərbaycan televiziyalarında maarifçiliklə bağlı heç bir şey yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.