Rasim Balayevdən Prezidentlə görüşü haqda açıqlama: "İş-güc barədə söhbət olmadı"

11-05-2019, 13:04           
Rasim Balayevdən Prezidentlə görüşü haqda açıqlama: "İş-güc barədə söhbət olmadı"
Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb
Görüş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə baş tutub.
Bununla bağlı Xalq artisti “Yeni Sabah”a açıqlama verib. O, prezidentlə görüş təəssüratlarının kifayət qədər yaxşı olduğunu deyib:
“Çox mehriban şəraitdə görüşdük. Lakin iş-güc barədə hər hansı söhbət olmadı. Sadəcə bayramlaşdıq. Məclisin sonunda prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva bizim stola yaxınlaşdılar. Oturanların hamısı sənət adamları idi. Ölkə başçısı təkcə mənimlə deyil, hamımızla görüşdü, söhbət etdi. Orda elə bir vəziyyət yox idi ki, işgüzar məsələlərdən və ya sənətdən, kinodan danışaq. Yəni qısa bir görüş oldu”.
Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.